Hərbi ekspert: Nüvə təhlükəsini aradan qaldırmaq üçün ən asan yol Putini məhv etməkdirbackend

Hərbi ekspert: Nüvə təhlükəsini aradan qaldırmaq üçün ən asan yol Putini məhv etməkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əgər Vladimir Putin nüvə silahından istifadə etmək qərarına gəlsə, Qərb onun bunkerinə qabaqlayıcı zərbə endirilməsinə qədər sərt tədbirlərlə cavab verəcək”.

Editor.az xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki və hərbi təlimatçı pilot Roman Svitan deyib.

Onun sözlərinə görə, Putin səfərbərlik elan etdikdən sonra özünü küncə sıxışdırıb: “Onun təqdim etdiyi formada səfərbərlik ekstremaldan əvvəlki addımdır, onun hansısa xəttidir. Bundan sonra o, artıq nüvə silahından istifadə etməyi düşünür. Səfərbərlikdən sonra bu, onun yeganə yoludur… Rusların belə fikirləri var və Rusiyanın hərbi-siyasi rəhbərliyi belə variantları nəzərdən keçirir”.

Svitan eyni zamanda vurğulayıb ki, Budapeşt Memorandumuna əsasən, Ukrayna nüvə hücumlarından qorunmalıdır: “Düşünürəm ki, Budapeşt Memorandumunu imzalayanlar arasında bu məsələ artıq həll olunub. Orada ABŞ, Çin və İngiltərə kimi nüvə silahına malik ölkələr var. Onlar tədbirlər görəcəklər, çox güman ki, qabaqlayıcı zərbə endiriləcək. Ruslar tərəfindən belə bir qərar alınarsa, nüvə yüklərinin köçürülməsi üçün bir növ hərəkət başlatılacaq”.

Polkovnik hesab edir ki, Putin nüvə silahından istifadə edə bilməyəcək. Onun fikrincə, buna icazə verilməməsi ehtimalı çox yüksəkdir.

“Lakin bu təhlükənin tam olaraq gerçəkləşməməsi üçün ən ağrısız, ən asan variant Putini məhv etməkdir”, – Svitan bildirib.

Ekspert əlavə edib ki, NATO ölkələrində mülki əhali üçün zərrə qədər belə, təhlükə yaratmadan konkret obyekti məhv etməyə imkan verən yüksək dəqiqlikli silahlar var.

//Samir, Editor.az