“Hərbi əməliyyat aparıb işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik”backend

“Hərbi əməliyyat aparıb işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadırlar. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq”.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında bildirib.

“Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb biz hərbi əməliyyat aparıb işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik. Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşagələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”, – deyə deputat vurğulayıb.