Hərbi əməliyyatlar BAŞLAYIR: “ABŞ İsrailə dəstək versə…”backend

Hərbi əməliyyatlar BAŞLAYIR: “ABŞ İsrailə dəstək versə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi əməliyyatlar BAŞLAYIR: “ABŞ İsrailə dəstək versə…”

“İran-ABŞ arasında hazırda yaxın zamanda 6-ci raund görüş keçiriləcək. Ancaq bu görüşlərdə hələ ki, istənilən nəticənin alınması gözlənilmir. Tərəflərin mövqeləri əksər məsələlərdə ciddi şəkildə fərqlənir və bu da Donald Trampın İranla bağlı son açıqlamasına səbəb olub. O qeyd edib ki, İranla danışıqlardan çox da ümidli deyil və yaxın dövrlərdə nəticə alınacağı düşünülmür”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Tramp İranın heç bir zaman nüvə silahına sahib olmayacağını xüsusi qeyd edib:

“Hazırki durumda xüsusilə də İranın İsrail nüvə obyektlərinə dair məlumatları əldə etdiyi ilə bağlı yaydığı informasiyalar da tərəflər arasında vəziyyəti gərginləşdirən amillərdən biridir.

Əgər danışıqlar ciddi nəticə verməsə, İsrail tərəfindən İrana müəyyən zərbələr endirilə bilər ki, bu da eskalasiyanı ciddi şəkildə artıra bilər. Əgər ABŞ da bu prosesdə İsrailə dəstək versə vəziyyət kifayət qədər dramatikləşəcək. İran özünün strategiyasını müəyyyən edib və regiondakı amerikan obyektlərini, hərbi bazalarını hədəf alacağını bildirib. Əgər belə bir addım atılsa, ABŞ İrana qarşı daha sərt tədbirlər görülməsinə cəhd edəcək. Hər bir halda yaxın bir neçə ayda bunun baş verməsi real görünmür. Hazırda danışıqlar prosesi davam etməkdədir. Ancaq görünən odur ki, son dövrlər İran da özünə arxayınlaşıb və daha qəti mövqedədir. Bu da İranın öz tərəfdaşları ilə apardığı danışıqların nəticəsidir ki, yəqin ki, ona müəyyən zəmanətlər verilib”.

//Gülnarə Abasova, Editor.az