“Hərbi əməliyyatlar region dövlətlərinə ciddi ziyan vurur”-ŞƏRHbackend

“Hərbi əməliyyatlar region dövlətlərinə ciddi ziyan vurur”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regionda baş verən təhlükəli proseslər bütövlükdə regionun sülh və təhlükəsizlik mühitinə çox ciddi zərər verən amillərdən biridir”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən Trend BİA-nın direktor müavini, politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, müharibə, qanlı qarşıdurmalar, hərbi əməliyyatların keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan bölgə ölkələrinə çox ciddi ziyan vurur:

“İlk növbədə bu proseslərdə mülki şəxslərin ziyan gördüyünün şahidi oluruq. İsrail-HƏMAS toqquşmasında da bu prosesləri dəfələrlə izlədik. Hazırda bu münaqişədə qısamüddətli atəşkəs əldə edilməsinə baxmayaraq, hələ də ciddi təhlükələr mövcuddur. Hər iki tərəfin həm hərbi texnika, həm də canlı qüvvə baxımından xeyli sayda itkiləri var. Xüsusilə Qəzza bölgəsində məskunlaşan dinc insanların kütləvi qırğınlarının şahidi olduq, əliyalın insanlar bu məsələdə ciddi zərər görür. Eyni zamanda, region ölkələrində iqtisadi geriləmələr baş verir”.

//Səbinə Hüseynli, Editor.az