Hərbi əməliyyatlardakı uğursuzluğa görə rus general leytenant vəzifəsindən azad edildibackend

Hərbi əməliyyatlardakı uğursuzluğa görə rus general leytenant vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

General-leytenant, Qərb Hərbi Dairəsinin Birinci Tank Ordusunun komandanı Sergey Kisel vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.

Daxili işlər nazirinin müşaviri Anton Geraşenko və jurnalist Roman Tsımbalyukun verdikləri məlumata görə, Kisel Ukraynadakı “xüsusi əməliyyat”ın uğursuzluğa düçar olmasına görə işdən çıxarılıb.

General-leytenant məqsədlərinə çatmamaqda, çağırışçıları Ukraynada hərbi əməliyyatlara cəlb etməkdə, habelə şəxsi heyət arasında külli miqdarda itkilərin olmasında ittiham edilir.

Geraşenko əlavə edib ki, Kisel minlərlə rus əsgər və zabitinin Ukraynaya qarşı savaşa tam texniki və mənəvi cəhətdən hazır olmayan vəziyyətdə cəlb etdiyinə görə qovulub.

“Məhz onun tankları Çerniqov və Sumı vilayətlərinin bataqlıqlarında ilişib qalıb və xəritələri belə olmayıb. Yüzlərlə əsgəri əsir düşüb. Sergey Kisel də Putinin digər generalları kimi, hərbi cinayətkardır. O. ukraynalıların – uşaqların, qadınların, qocaların ölümünə görə məsuliyyət daşıyır. Onun üçün ən yaxşı variant özünü güllələməkdir. Əgər o, bu səhər onu edərsə, təəccüblənmərəm”- Geraşenko yazıb.

//Editor.az