Hərbi Gürcüstan Yolu bağlanıb, 2 min 166 yük maşını gözləyirbackend

Hərbi Gürcüstan Yolu bağlanıb, 2 min 166 yük maşını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlverişsiz hava şəraiti ilə əlaqədar Hərbi Gürcüstan Yolu bağlanıb. Rusiya tərəfdən isə 2,1 min avtomobil Gürcüstana daxil olmaq üçün gözləyir.

Editor.az bildirir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin saytında deyilir. Elektron növbəyə əsasən, səhər saatlarında Rusiyadan Gürcüstana getmək üçün 2 min 166 yük maşını qeydə alınıb. Pis hava şəraiti ilə əlaqədar noyabrın 26-da Moskva vaxtı ilə saat 20:15-dən etibarən Hərbi Gürcüstan Yolu ilə hərəkət yük maşınları üçün məhdudlaşdırılıb. Bu yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

Krımda da pis hava şəraiti müşahidə olunur, sürəti 40 m/s-ə çatan qasırğa küləkləri səbəbindən orada tufan xəbərdarlığı qüvvədədir. Fırtına səbəbindən 500 minə yaxın insan işıqsız qalıb. Onlarla ağac aşıb, evlərin damlarına ziyan dəyib.

//Samir Qurbanov, Editor.az