Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak oldubackend

Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.

Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.

Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.