Hərbi hissəyə raket hücumu edildi: 40 əsgər öldü, 60 yaralı var – VİDEObackend

Hərbi hissəyə raket hücumu edildi: 40 əsgər öldü, 60 yaralı var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin cənubundakı Lahic şəhərində Əl-Aned Hərbi Bazasına raket hücumu həyata keçirilib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən Cənub Keçid Şurası qüvvələrinin sözçüsü Məhəmməd əl-Nakib yerli mediaya verdiyi açıqlamada hücum nəticəsində ən az 40 əsgərin öldüyünü və 60-dan çox əsgərin yaralandığını bildirib.

Nakib, yaralıların bəzilərinin vəziyyətinin ağır olduğunu və ölənlərin sayının arta biləcəyini qeyd edib.

Yerli mediada hücumun İranın dəstəklədiyi “Husilər” təkilatı tərəfindən təşkil edildiyi bildirilir.

Metbuat.az