Hərbi maşın Xocalıda qəzaya düşdübackend

Hərbi maşın Xocalıda qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalıda hərbi maşın qəzaya uğrayıb.

Editor.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tanaxçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

“Mercedes” markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. “Mercedes”in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.