“Hərbi qulluqçularla bu qərar önəmli hadisədir”backend

“Hərbi qulluqçularla bu qərar önəmli hadisədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib.

Azərbaycanda hərbi qulluqçuların mənzillə təmin olunması, dövlətin hərbi personalın sosial və həyat şəraitini yaxşılaşdırmaq məqsədini güdən mühüm tədbirlərdən biridir. Bu məsələnin həlli ilə bağlı müxtəlif addımlar və proqramlar mövcuddur.

Editor.az  bildirir ki, iqtisadçı ekspert Eldəniz Əmirov Trend-ə açıqlamasında bildirib ki, vətəndaşların mənzil əlçatanlığının təmin olunması məqsədilə daha bir vacib əhali qrupunun bu istiqamətdə vəziyyətinin yaxşılaşdırılması önəmli hadisədir.

O bildirib ki, qaydalara nəzər salsaq, önəmli məsələlərin vurğulandığını görürük.

“Güzəştli ipoteka almaq istəyən hərbi qulluqçular ilkin ödəniş və yerdə qalan hər ay ödəniş edirlər.

Qanunda şərtlərdən biri odur ki, güzəştli kredit ən azı 15 il müddətində verilməli və 15% həcmində ilkin ödəniş müəyyən edilir. İlkin ödəniş bilavasitə Müdafiə Nazirliyi tərəfindən həmin hərbçinin əvəzinə verilir. Digər şərt isə ödənişin aylıq bərabər hissələrə bölünərək ödənilməsidir. Bu ödənişin 50%-i Müdafiə Nazirliyi tərəfindən ödənilir. Bura Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində (bundan sonra – xüsusi təyinatlı təhsil müəssisələri) təhsil almış hərbi quluqçular aiddir. Bu Qaydanın müddəaları 2024-2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 (beş) təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan Respublikasının vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir. 2024-2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 (beş) təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərilir.

Hər ilin dövlət büdcəsində bu xərclər nəzərə alınaraq, Müdafiə Nazirliyinin xüsusi bank hesabına köçürülür və burada saxlanılır. Burdan isə təyinatı üzrə istifadə olunur”, – deyə o əlavə edib.