Hərbi şəhərcikdə ölüm: Hamamda halı pisləşdi…backend

Hərbi şəhərcikdə ölüm: Hamamda halı pisləşdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Elfirida Veysəl qızı Həsənova hamam otağında yuyunarkən qəfildən halı pisləşib və o, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib.

Rayonun hüquq-mühafizə orqanı əməkdaşları faktla bağlı araşdırmalar aparır.