Hərbi-siyasi proseslər yenidən GƏRGİNLƏŞƏ BİLƏR: “Bu dəfə sifarişçi Avropa Birliyi olacaq”-SƏBƏBLƏRbackend

Hərbi-siyasi proseslər yenidən GƏRGİNLƏŞƏ BİLƏR: “Bu dəfə sifarişçi Avropa Birliyi olacaq”-SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Birliyinin Azərbaycana qarşı qərəzli mövqeyinin kifayət qədər ciddi səbəbləri mövcuddur. Əsas səbəblərdən biri ondan ibarətdir ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etməklə, Avropa Birliyinin və Cənubi Qafqazda maraqları olan digər beynəlxalq siyasi iradə mərkəzlərinin planlarını pozub”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.


Analitik bildirib ki, rəsmi Bakı Cənubi Qafqazda Qərbin faydalanmağa çalışdığı “erməni layihəsi”ni həmişəlik sıradan çıxarıb:

“İndi Avropa Birliyinin Cənubi Qafqazda Rusiya ilə birbaşa rəqabət apara bilməsi üçün istinad edəcəyi yalnız Ermənistan var. Ona görə də Fransa kimi, Avropa Birliyi də Ermənistandan geopolitik alət olaraq, istifadə etməyə çalışır. Hazırda Fransanın təsiri altında olan Avropa Birliyinə Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qətiyyən sərfəli deyil. Çünki Qərbin Rusiyanı bu bölgədən sıxışdırıb çıxarması və əvəzində öz mövqelərini gücləndirməsi üçün Cənubi Qafqazda silahlı toqquşmaların baş verməsi daha sərfəlidir. Ona görə ki, bu halda, Avropa Birliyi Cənubi Qafqazda sülh çağırışlar ilə yerləşmək şansı qazana bilər. Bütün bunları nəzərə aldıqda, son vaxtlar Brüssel prosesinin böhran keçirməsinin, eləcə də, Avropa Birliyinin Fransa ilə birlikdə Azərbaycana qarşı qərəzli mövqe tutmasının səbəbləri aydınlaşmış olur. Və son vaxtlara qədər sülh çağırışları edən Avropa Birliyinin indi Ermənistana Sülh Fondu üzərindən hərbi dəstək xarakterli maliyyə yardımı ayırması da qətiyyən təsadüfi deyil. Belə anlaşılır ki, Azərbaycana qarşı qərəzli mövqe tutan, Ermənistanı isə açıq şəkildə dəstəkləyən Avropa Birliyi hazırda Cənubi Qafqazda sülh prosesinə ciddi əngəl törətməyə başlayıb. Bu baxımdan hesab etmək olar ki, yaxın vaxtlarda Cənubi Qafqazda hərbi-siyasi proseslər yenidən maksimum həddə qədər gərginləşə bilər. Bu dəfə regional gərginliyin əsas sifarişçisinin isə məhz Avropa Birliyi olduğu da qətiyyən şübhə doğurmamalıdır”.

//Gülnarə Abasova, Editor.az