Cənubi Kaliforniyadakı “Orange County” Hərbi Təlim Mərkəzində minalardan təmizləmə təlimi zamanı partlayış baş verib.
Nəticədə 16 xüsusi təyinatlı zabit yaralanıb, onlardan biri ayağından ağır xəsarət alıb.
Editor.az xəbər verir ki, bu barədə “Associated Press” yazıb. Çavuş Frank Qonzales agentliyə bildirib ki, partlayış martın 13-də yerli vaxtla saat 13:00 radələrində baş verib.
13 nəfər başgicəllənmə, iki nəfər xəsarətlə xəstəxanaya çatdırılıb. Zabitlərdən birinin ayağından əməliyyat tələb olunacaq. AP onun həyatına təhlükə olmadığını qeyd edir. Partlayışın səbəbi məlum deyil. FTB hadisə ilə bağlı araşdırmalara başlayıb. FTB sözçüsü Laura Eimiller bildirib ki, partlayışın baş verdiyi mərkəz FTB və yerli hüquq-mühafizə orqanları üçün odlu silah hazırlığı və bacarıq testləri verir.
//Samir Qurbanov,Editor.az

