Hərbi təlimlərin keçirilməsi Ermənistanı niyə narahat edir?- Deputatdan AÇIQLAMAbackend

Hərbi təlimlərin keçirilməsi Ermənistanı niyə narahat edir?- Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan müstəqil dövlətdir və öz suveren ərazisində müxtəlif tədbirlər keçirmək onun öz verəcəyi qərardır. Azərbaycanın tarixi, strateji müttəfiqi, qardaş ölkə Türkiyə ilə birgə hərbi təlimlər keçirməsi olduqca təbii və əlamətdar hadisədir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, hər bir dövlətin beynəlxalq hüquqla tanınan ərazisində hərbi təlimlər keçirmək hüququ var:

” Ermənistanın bu təlimlərlə bağlı narazılığı isə anlaşılan deyil. Ermənistan XİN-nin verdiyi bəyanatın heç bir hüquqi əsası yoxdur. Görünür, onlar hələ də 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqları dərk etməkdə çətinlik çəkirlər və ya dərk etmək istəmirlər”.

Hikmət Babaoğlu qeyd edib ki, ermənilərin Azərbaycanın Qarabağda keçirdiyi birgə hərbi təlimlərdən qorxuya düşməsi və narahatlığı normaldır:

“Bundan sonrakı proseslərdə Ermənistan daha da narahat olmalıdır. Çünki onlar vaxtilə işğal altında saxladıqları torpaqlarımıza iddialarından əl çəkmirlər. Bu, onlar üçün böyük təhlükə yaradır və ona görə də qorxmaqda haqlıdır. Onlar unutmamalıdır ki, onların “xəyali iddialar”ı, təxribatçı addımları Ermənistan üçün hansı ağır nəticələrə səbəb oldu. Ermənilər öz düşüncələrindən, işğalçı iddialarından qorxmalıdırlar. Belə olarsa, həqiqəti daha tez dərk edərlər və Cənubi Qafqazda sülh istəyirlərsə, bu məqsədlərinə daha tez çata bilərlər”.

//Gülnarə Abasova, Editor.az

//