ABŞ Müdafiə Nazirliyi Ukraynaya kifayət qədər sayda ehtiyat hissələri və döyüş effektivliyini dəstəkləmək planı olmadan texnika ötürüb.
Editor.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunur ki, söhbət “Patriot” hava hücumundan müdafiə sistemləri və “Abrams” tanklarından gedir.
Pentaqon Ukrayna Silahlı Qüvvələri üçün yalnız əsas təlim proqramı və minimum ehtiyat hissələri dəstini təmin edən avadanlıqları təmin edib.
Ukrayna ordusu lazımi maddi-texniki təminat olmadan silahlarını döyüşə hazır vəziyyətdə saxlaya bilməyəcək. Pentaqonun baş müfəttişi Robert Storç bildirib ki, hərbi departament artıq müvafiq plan hazırlamağa başlayıb, lakin “bu məsələdə uzaqgörənliyin olmaması narahatlıq doğurur”. ABŞ Müdafiə Nazirliyi 2024-cü ilin sentyabr ayının sonuna qədər istehlak materialları və ehtiyat hissələri təmin edib, lakin avadanlığa gələcək texniki xidmət böyük sual olaraq qalır.
//Samir Qurbanov, Editor.az

