Son günlərdə Yerusəlimin şərqində yəhudilər və müsəlmanlar arasında gərginlik artmaqda davam edir. İsrail rəhbərliyi İordan çayının qərb sahilində yerləşən Hebron şəhərindəki Hərəm-i İbrahim məscidinə müsəlmanların girməsinə iki gün qadağa qoyub.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə məscidin müdiri Həsən er Rəcəbi məlumat verib.
Qeyd edək ki, “Hərəm-i İbrahim” məscidi müsəlmanlar üçün dördüncü müqəddəs yer sayılır. 1967-ci ildən İsrailin nəzarətində olan Herbon şəhərindəki məscidin fəaliyyətində heç bir problem olmayıb. Ancaq 1994-cü ildə məsciddə baş verən insidentdən sonra məscid zaman-zaman bağlanıb.
//Editor.az

