Livanın “Hizbullah” hərəkatının öldürülən lideri Həsən Nəsrullahın yaxın tərəfdarı kimi tanınan məddah Hadi Saleh həbs edilib. O, İsrailə casusluqda ittiham olunur.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Rokna” saytı xəbər yayıb.
İddialara görə, livanlı məddah İsrail ordusuna həssas məlumatlar ötürüb, bununla da “Hizbullah”ın bəzi yüksək vəzifəli rəsmilərinin öldürülməsinə zəmin yaradıb.
Hadi Salehin ailəsi bu ittihamları rədd edərək, onun maddi sıxıntı yaşadığını və bəzilərinin bu vəziyyətdən istifadə etdiyini deyib.