Həyat yoldaşı aktrisadan son şans istədi: Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı – VİDEObackend

Həyat yoldaşı aktrisadan son şans istədi: Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Naibə Allahverdiyeva boşandığı həyat yoldaşı ilə barışıb.

Hadisə ATV-də yayımlanan “Bizimləsən” proqramında baş verib.

Belə ki, aktrisa verilişdə olan zaman həyat yoldaşı Yusif telefonla efirə bağlanıb. Aparıcı Zaur Baxşəliyev onları barışdırmağa çalışıb.

“Ondan çox xahiş etmişəm, yalvarmışam. Ürəyi yumşaqdır, yəqin bağışlayar məni. Bilir ki, onu çox sevirəm. Bilmirəm niyə, onu çox sevirəm. Bəzi səhvlər etdim. Həyatım, bağışla məni, səhv etmişəm”, – deyə Yusif bildirib.

“Onunla ilk görüşəndə onun özünü ağır aparmasını bəyəndim. Restoran işlədirdi, xınayaxdıda tanış olduq. Onun restoranı var idi. Paltar dəyişəndə otaq axtardım, müdirin otağını göstərdilər. Orada tanış olduq, sonra danışdıq. Ona çox bağlandım, dəhşətli dərəcədə sevdim onu. O, məni daha çox sevir. Yusif, mən sənə burada son şansı verirəm”, – deyə aktrisa barışığa razılıq verib.

N.Allahverdiyeva onu da vurğulayıb ki, keçmiş həyat yoldaşı onunla tanış olmamışdan beş il əvvəl ilk xanımından boşanıb.

Qeyd edək ki, N.Allahverdiyeva bir müddət əvvəl açıqlamasında rəsmi boşandıqlarını bildirmişdi.