“Həyat yoldaşımdan elə şeylər istəmişəm ki…” – Aysun İsmayılovabackend

“Həyat yoldaşımdan elə şeylər istəmişəm ki…” – Aysun İsmayılova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eşqin Cəlilovla ailə quran müğənni Aysun İsmayılova “Şourum” verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

Aysun İsmayılova bu sözləri deyib:

“Həyat yoldaşımdan yayda Mərdəkandan bağ evi, yanvarda ad günümə isə avtomobil istəmişəm”.

Aysun İsmayılova adının 18 yaşında dəyişdiyini də etiraf edib. O, anası Rəqsanə İsmayılovanın yeni verilişində “Namazova Ayşə Yaşar qızı yoxsa Əmiraslanova Aysun Fazil qızı” sualı ilə müraciət etməsinə aydınlıq gətirib: “O vaxt atam rayonda Ayşə yazdırmışdı. Namazova da atamın soyadıdır. Amma 18 yaşım olan kimi adımı Aysun olaraq dəyişmişəm”.

Aysun İsmayılova həmkarları Sevil və Sevinc Səfərovaların onun ifasında “Bəlkə gələsən” mahnısını bəyənməməsinə də münasibət bildirib: “Mənə kimin dinləyib, dinləməyəcəyi maraqlı deyil. Çünki o mahnını şəhidlərimizə həsr etmişəm. Şəhid ailələri dinləyirsə Sevinc və Sevil dinləməsə də olar. Mən də onların Namiq Qaraçuxurlu ilə oxuduğu “Oxşamıram” mahnısını sevmədim”.

Teleqraf