“Həyat yoldaşımla dənizdə tanış olmuşam“ – Mananabackend

“Həyat yoldaşımla dənizdə tanış olmuşam“ – Manana

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bağ, həyəti sevirəm. Uşaqlarımla birlikdə rəqs etməyi xoşlayıram. Təbiəti, xüsusi ilə dənizi çox sevirəm. Dəniz mənə xoşbəxtlik gətirir. Öz sevgimi də elə dənizdə tapdım”. 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Manana Çaparidze “Gül kimi şou”da deyib. Müğənni həyat yoldaşı Georgi ilə tanış olmalarından danışıb:

“Həyat yoldaşım Georgi ilə də dənizdə tanış olmuşam. Dənizdən soruşub dedim ki, əgər bu nağıl deyilsə, dəniz sevgisi, məhəbbəti varsa, hazıram onu qarşılamağa. 10 gün dəniz kənarında istirahət elədim və doqquzuncu gündə Georgi ilə tanış oldum”.

Qeyd edək ki, Manana və Georgi cütlüyünün iki övladı var.