Həyat yoldaşına 25 milyonluq dəbdəbəli malikanə aldıbackend

Həyat yoldaşına 25 milyonluq dəbdəbəli malikanə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı müğənni Castin Biber model həyat yoldaşı Heyli Bolduinə 25 milyon dollarlıq malikanə hədiyyə edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “E-online” xəbər verib.

1000 kv.m-dən çox sahəsi olan dəbdəbəli ev Beverli-Hilz qapalı yaşayış kompleksində yerləşir. Malikanənin ərazisində tennis kortu, hovuz, söhbətkeş və yelləncək var.

Castinlə Heylinin qonşuları Eddi Mörfi, Silvester Stallone, Sofiya Verqara və Denzel Vaşinqton olacaqlar.

Xatırladaq ki, Castin Biber və Heyli Bolduin 2018-ci ildə ailə həyatı qurublar.