backend

Həyat yoldaşını dəmir yoluna bağladı və intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həyat yoldaşını skotçla dəmir yolu relslərinə bağlayan kişi onun faciəli şəkildə ölümünə səbəb olub. Qatar qadının üstündən keçərək onu parça-parça edib. Arvadı ilə haqq-hesabı çürüdən ailə başçısı özü də intihar edib.
Virtualaz.org saytı Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə bazar ertəsi gecə saatlarında Er və Luar departamentində baş verib. Dəmir yolu relslərinin üzərində tikələrə bölünmüş qadın meyiti aşkar edilib. Meyitin əllərində və ayaqlarında yapışqan lentin izləri olub. Bir qədər kənarda isə kişi cəsədi tapılıb.
Hadisə yerinin yaxınlığındakı avtomobildən mərhumların şəxsiyyətini təsdiq edən sənədlər də aşkar edilib. 37 yaşlı Giyom ilə 34 yaşlı Emili 2 il əvvəl evləniblər. Onların birgə nikahdan bir yaşlı övladları, əvvəllki nikahlarından isə 3 uşaqları olub. Özünə qapılan, depressiyaya düşən Giyom son üç il ərzində heç yerdə işləməyib. Axır vaxtlar isə cütlük bir yerdə deyil, ayrı yaşayıb.
İstintaqın gəldiyi nəticəyə görə, gecə saat 03 radələrində Giyom uşaqlarının babasına onların yanında qalmağı xahiş edib. Bundan sonra isə arvadını da götürərək evdən çıxıb.
Hazırda istintaq araşdırmaları davam edir.