Həyat yoldaşının boğazını kəsib qaçan kişi  ölü vəziyyətdə tapılıb- FOTObackend

Həyat yoldaşının boğazını kəsib qaçan kişi ölü vəziyyətdə tapılıb- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Mardində həyat yoldaşı Emine Pulenti öldürdükdən sonra itkin düşən 62yaşlı Abdulkadir Pulent 5 gün sonra boş bir sahədə ölü tapılıb.

Editor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşını öldürdükdən sonra itkin düşən Pulentin tutulması üçün axtarışa keçən polis Pulentin cansız cəsədi tapıb. Yanında ov tüfəngi olan Pulentin silahla vurulduğu müəyyən edilib.

Arvadını öldürən Abdulkadir Pulent, 27 il əvvəl baldızını öldürməsi səbəbiylə 30 il həbs cəzasına məhkum edilib və 15 ay əvvəl sərbəst buraxıldı.

//Gülnarə Abasova, Editor.az