Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Editor.az-a bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
Editor.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunublar.