“Hicabdan əvvəl günə 500 manat qazanırdım” – VİDEObackend

“Hicabdan əvvəl günə 500 manat qazanırdım” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Xuraman Şuşalı olub.

Müğənni hicaba gəlməyi ilə bağlı maraqlı açıqlama verib:

“2013-cü ilin fevralın 16-sı hicaba gəlmişəm. Şou proqramlardan hər günüm 500 manat idi. Məni tanıyanların hamısı bilir ki, 7 günün 7-ində də işim olub. O gəlirə, qazanca yox deməyi hər adam edə bilməzdi. Hansı aləmdən özümü necə çərçivəyə saldım və 3 il oxumadım”.

Müğənni daha sonra açıqlamasında həyatının kədərli olduğunu deyib:

“Mənim həyatım o qədər kədərlidir ki… Şükürlər olsun 4 övladım var. Bu həyatdakı yeganə qazancım 4 övladımdır. Çox çətinliklə ailəmi qoruyub saxlamışam. Ailəmdə bir dənə səhvim olsaydı, onu bayraq edib dünyaya car çəkərdilər. Daşı ağır olan adamam. Bilmirəm mənim nəyimə paxıllıq edirlər, başa düşmürəm”.