Hikmət Hacıyev: “Azərbaycan üçün müharibə və münaqişə başa çatıb”backend

Hikmət Hacıyev: “Azərbaycan üçün müharibə və münaqişə başa çatıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməli və onu uzunmüddətli etməliyik”.

Editor.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EU Today”ə müsahibəsində deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın “sülhün qazanılması strategiyası” siyasətinin praktik komponentidir:

“Sülh təkcə müharibənin olmaması deyil, əksinə, o, rifah və inkişaf gətirməli, qonşular arasında qarşılıqlı asılılıq yaratmalıdır. Bu kontekstdə, Ermənistan şərq-qərb və şimal-cənub əlaqələrinin genişlənməsi ilə “dalana dirənmiş giriş”dən tranzit ölkəyə çevrilə bilər”.