Hikmət Hacıyev: Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadırbackend

Hikmət Hacıyev: Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır. Virusla bağlı vəziyyət sabitləşib və yoluxmalar azalıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşmiş, yoluxma hallarının kəskin azalmasına nail olunub.