Hikmət Hacıyev: “Azərbaycanın NB8 ölkələri ilə siyasi dialoqunun inkişafı davam edir” – FOTObackend

Hikmət Hacıyev: “Azərbaycanın NB8 ölkələri ilə siyasi dialoqunun inkişafı davam edir” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Skandinaviya və Baltikyanı ölkələrin siyasi nümayəndələri ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev öz “X” hesabında paylaşım edib.

O, paylaşımında bu gün Bakıda keçirilən danışıqları səmərəli adlandırıb.

“Mən Skandinaviya və Baltikyanı ölkələrdən – NB8-dən (Şimali-Baltik Səkkizi, NB8) olan siyasi direktorlarla səmərəli fikir mübadiləsi apardım. Bu, NB8-in artıq Azərbaycana ikinci belə səfəridir və biz məmnunuq ki, NB8 və Azərbaycan arasında siyasi dialoq və məsləhətləşmələrin inkişafı davam edir”, – deyə o bildirib.