Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcəkbackend

Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 2-də Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçiriləcək.

Bu barədə cümə günü Qriqoryanın özü məlumat verib.

“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı məsələləri müzakirə edəcəyik. Əgər bütün suallara Brüsseldə cavab ala bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyü barədə imkanları müzakirə edə bilərik” – deyə o, “Azadlıq” radiosunun efirində açıqlama verib.

Oxu.az