Hikmət Hacıyev: “Gəncədə erməni təxribatını soyqırım aktı kimi dəyərləndiririk”backend

Hikmət Hacıyev: “Gəncədə erməni təxribatını soyqırım aktı kimi dəyərləndiririk”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəncədə baş verən erməni təxribatını cinayət və soyqırımı aktı kimi dəyərləndiririk”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə baş verən erməni təxribatı ilə bağlı keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyəti bu hadisələrə adekvat cavab verməyə çağırırıq:
“Düşünürük ki, beynəlxalq ictimayyət bu hadisələrə layiqincə qiymətləndiriləcək və cəzasız qalamayacaq”.

O qeyd edib ki, sentyabrın 27-də Ermənistan silahlı Qüvvələrinin hərbi təxribatına qarşı Azərbaycan ordusu əks-hucuma başlayıb:

“10 gün ərzində ermənilərin əsas hərbi infrastrukturları darmadağın edildi. Bununla da ermənilərin özləri haqqında formalaşdırdığı guya məğlubiyyətsizlik imici qısa müddətdə darmadağın olundu. Nəticədə məqsədyönlü şəkildə mülki əhalimizi hədəf alırlar”.