Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə paylaşım edib.
Editor.az xəbər verir ki, paylaşımda deyilir:
“Ulu öndər Heydər Əliyevin əziz xatirəsini və 100 illik yubileyini böyük ehtiramla yad edirik. Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur! Azərbaycan var olduqca ulu öndər və onun irsi yaşayır!”