Hikmət Hacıyev İstanbulda beynəlxalq media qurumlarının nümayəndələri ilə müzakirələr apardıbackend

Hikmət Hacıyev İstanbulda beynəlxalq media qurumlarının nümayəndələri ilə müzakirələr apardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstanbulda akkreditə olunmuş beynəlxalq media qurumlarının nümayəndələri ilə geniş diskussiya və açıq dialoq qurmaq çox xoş təəssürat yaratdı”.

Bunu hazırda İstanbulda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

H. Hacıyev bildirib ki, beynəlxalq media qurumları ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr aparılıb.