Hikmət Hacıyev NATO Baş Qərargahında alyansın rəhbərliyi ilə görüş keçiribbackend

Hikmət Hacıyev NATO Baş Qərargahında alyansın rəhbərliyi ilə görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.

Editor.az xəbər verir ki, Azərbaycanın NATO-dakı nümayəndəliyi bu barədə “X” hesabında paylaşım edib.

Bildirilib ki, Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.

“Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.

Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar”, – deyə paylaşımda qeyd olunub.