Hikmət Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşübbackend

Hikmət Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd Əl-Misnəd ilə görüşüb.

Editor.az ın xəbərinə görə, Hikmət Hacıyev bu barədə öz “X” hesabında paylaşım edib.

“Bu gün qardaşım, Qətər əmirinin milli təhlükəsizlik üzrə müşaviri Məhəmməd bin Əhməd Əl-Misnəd ilə görüşdüm.

Biz ikitərəfli münasibətləri, eləcə də regionda və beynəlxalq arenada baş verən hadisələri müzakirə etdik”, – deyə o bildirib.