Hikmət Hacıyev Türkiyənin nüfuzlu qəzetinə müsahibə verdibackend

Hikmət Hacıyev Türkiyənin nüfuzlu qəzetinə müsahibə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.

Editor.az xəbər verir ki, bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Məmnuniyyətlə “Sabah” qəzetinə Ermənistanın işğalçılıq siyasəti və müharibə cinayətləri barədə müsahibə verdim”, – o bildirib.

Müsahibəsi zamanı H.Hacıyev deyib ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ üçün masada Türkiyənin olması məsələsində çox israrçıdırlar: “Türkiyə Cənubi Qafqaza qonşu və qardaşımızdır. ATƏT-in Minsk qrupunun üzvüdür. Yalnız bu coğrafiyaya deyil, bütün dünyada sülhə, ədalət və haqqın yerini tutmasına töhfə verən Türkiyə olmazsa, olmaz”.

“Türkiyə Cənubi Qafqaza qonşu və qardaşımızdır. ATƏT-in Minsk qrupunun üzvüdür. Yalnız bu coğrafiyaya deyil, bütün dünyada sülhə, ədalət və haqqın yerini tutmasına töhfə verən Türkiyə olmazsa, olmaz”.

//musavat.com