Hikmət Hacıyev: “Xarkovda Azərbaycan konsulluğuna hücumu ermənilərin törətməsindən şübhələnirik” – FOTObackend

Hikmət Hacıyev: “Xarkovda Azərbaycan konsulluğuna hücumu ermənilərin törətməsindən şübhələnirik” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğa edilən hücumla bağlı Ukrayna rəsmilərinin dərhal reaksiyasını dəyərləndirdiyini bildirib.

O, “Twitter”dəki hesabında erməni terror təşkilatlarından şübhələndiklərini vurğulayıb:

“Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu silahlı hücuma məruz qaldı. Diplomatik nümayəndəliklər və heyət hücum hədəfi olmamalıdır. Ermənistan asimmetrik müharibəyə keçdiyindən, bunun edilməsi şübhəsi erməni terror təşkilatlarına aiddir. Biz Ukrayna rəsmilərinin bu məsələyə dərhal reaksiyasını dəyərləndiririk”.