“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu “Smerç” raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, daha 100 nəfər ağır yaralanıb”.
Editor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədəki paylaşımında yazıb.
“Beynəlxalq Cinayət Məhkəməsinin tərəfi kimi Ermənistan Respublikası Azərbaycanın günahsız mülki əhalisinə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyəti daşıyır”, – Prezidentin köməkçisi qeyd edib.
4 years passed since bombing of Barda city and surrounding villages of Azerbaijan by Armenian armed forces with Smerch missiles loaded with cluster ammunitions. As a result of which around 30 innocent civilians killed, 100 more seriously wounded. As a party to ICC, Republic of… pic.twitter.com/tdQJ6xEIpJ
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 27, 2024