Hikmət Hacıyevdən Zəngəzur dəhlizi paylaşımıbackend

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi paylaşımı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsündən paylaşım edib.

Editor.az  xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında yazıb:

“Zəngəzur Dəhlizi – Araz çayı üzərindəki Ağbənd-Kəlalə körpüsündə. Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq-Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal-Cənub və Cənub-Qərb marşrutları”, – H.Hacıyev qeyd edib.