Hikmət Həsənovun köməkçisinə hökm oxundu – FOTObackend

Hikmət Həsənovun köməkçisinə hökm oxundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tərtər işi” üzrə mühakimə olunan sonuncu dəstənin məhkəmə araşdırması başa çatıb.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Sədrlik edən hakim Zeynal Ağayev elan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, Fuad Ağayev 13 il, Cavid Ağadadaşov və Qurban Cümşüdova 10 il,  Fuad Axundov və Ramil Əhmədov isə 9 il 6 azaslıqdan məhrum edilib.

Son ikisi istisna olmaqla, digərləri bu işdən əvvəl həbsdə idilər. Hökmdə qeyd olunur ki, onların çəkilmiş cəzaları nəzərə alınmaqla yekun olaraq- C.Ağadadaşov və F.Axundovun üzərində 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Sabiq korpus komandiri Hikmət Həsənovun köməkçisi F.Ağayev isə hələ 2017-ci ildən “Tərtər işi”nə görə məhkum edilmişdi. Onun artıq 6 il çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq 2021-ci ildə yenilənib. Həmin vaxtdan sonra ən ağır cəza Fuad Ağayevə verilib. Mayor rütbəsi ilə xidmət etmiş Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.

Amma o, da digər müttəhimlər kimi özünü təqsirli bilməyib, bəraət istəyib.