Hikmət Mirzəyevin 31 il əvvəlki görüntüləri gündəm oldu – FOTObackend

Hikmət Mirzəyevin 31 il əvvəlki görüntüləri gündəm oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq.

Hikmət Mirzəyevin təyinatından sonra onun arxiv görüntüləri yenidən gündəm olub. 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan general-leytenant Hikmət Mirzəyevin gənclik illərinin fotoları maraqlı müzakirələrə səbəb olub.

Fotoların 1993-cü ildə Birinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Taborun heyəti arasında çəkildiyi iddia edilir.