Hillari Klinton: Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkbackend

Hillari Klinton: Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırkı Amerika lideri Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gələcək.

Editor.az bildirir ki, bu fikri ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton çərşənbə axşamı, aprelin 18-də “Sky News” telekanalına müsahibəsində deyib. Siyasətçinin fikrincə, Baydeni nə eks-prezident Donald Trampla, nə də Respublikaçılar Partiyasından hər hansı digər namizəd üstələyə bilməyəcək.

“Trampın respublikaçıların namizədliyini qazanmasına kömək edəcək möhkəm dəstəyi var… lakin onun ümumi seçkilərdə prezident Baydenə qarşı dayana biləcəyinə inanmıram”, – Klinton bildirib. O qeyd edib ki, həmişə Trampın nailiyyətləri, xüsusən də biznes sahəsində fikirləşib. Lakin sonra onu siyasətdə və hökumətdə görəndə, “qanunlara əhəmiyyət verməyən” adam olduğu üzə çıxdı”, – keçmiş dövlət katibi vurğulayıb.

//Samir Qurbanov,Editor.az