HIMARS düşmənin texnikasını və canlı qüvvəsini effektiv şəkildə məhv edir – Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanıbackend

HIMARS düşmənin texnikasını və canlı qüvvəsini effektiv şəkildə məhv edir – Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HIMARS raket artilleriya sistemi bütün cəbhə xətti boyunca düşmənin texnikasını və canlı qüvvəsini effektiv şəkildə məhv edir.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Telegram-da məlumat verib. O qeyd edib ki, ekipajlar daim düşmən hədəfini gözləyir və bir neçə dəqiqə ərzində yüklənərək atəş mövqeyinə gedirlər.

“Biz gecə-gündüz işləyirik, işğalçılara heç bir şans buraxmırıq. Təbii ki, biz düşmən xəttinin arxasında daha da dərin hədəflərə çatmaq istəyirik ki, onları həmişəlik öz doğma torpaqlarından qovaq”, – Zalujnı HIMARS raket artilleriya sisteminin ekipajının hərbi qulluqçulardan sitat gətirir.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı HIMARS-da olan ekipajın döyüş mövqeyinə çıxaraq düşmən hədəflərini vurduğu videonu da nümayiş etdirib.

//Samir Qurbanov, Editor.az