Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, Hindistan 24-36 saat ərzində Pakistana hərbi zərbə endirmək niyyətindədir. Bu barədə o, X sosial şəbəkəsində məlumat verib.
Attaullah Tararın sözlərinə görə, Pahalqam hadisəsi hücum üçün bəhanə kimi istifadə olunacaq. “İstənilən təcavüz aktı qətiyyətli cavabla qarşılanacaq. “Hindistan regionda baş verə biləcək hər hansı ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq!”, – deyə o bildirib.
Qeyd edək ki, aprelin 22-də Kəşmirin Pahalqam şəhərində (Hindistan və Pakistan arasında mübahisəli ərazi) son illərin ən böyük terror aktı baş verib. Pakistanın dəstəklədiyi Kəşmir Müqaviməti qrupunun yaraqlıları Baysaran vadisində cığırda turistlərə atəş açıblar. Terror aktı 26 nəfərin həyatına son qoyub.
Aprelin 29-da Hindistanın baş naziri Narendra Modi bildirib ki, ölkə ordusunun hücuma cavab verməkdə “tam əməliyyat azadlığı” var.
//Samir Qurbanov, Editor.az