Hindistan hökuməti ABŞ-la ikitərəfli gömrük tarifləri üzrə kompromis xarakterli ticarət sazişini təxminən 2025-ci ilin noyabrına qədər imzalamağı nəzərdə tutur.
Editor.az xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyinin rəhbəri Piyuş Goyal TASS-a açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda ikitərəfli danışıqlarda geosiyasi məsələlər ticarət mövzularından üstün gəlir. Buna baxmayaraq, Goyal ikitərəfli gömrük rüsumları ilə bağlı tezliklə irəliləyiş gözlədiyini vurğulayıb: “Ümid edirəm ki, hər şey tezliklə öz qaydasına düşəcək və biz ikitərəfli ticarət sazişi bağlayacağıq”.
//Samir Qurbanov, Editor.az

