Hindistan buğda unun ixracına məhdudiyyətlər qoyurbackend

Hindistan buğda unun ixracına məhdudiyyətlər qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hökuməti qida təhlükəsizliyi səbəbi ilə buğda ununun ixracını məhdudlaşdırmaq qərarına gəlib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Hindistanın baş naziri Narendra Modinin sədrliyi ilə Nazirlər Kabinetinin iqtisadi əlaqələr komitəsinin iclasında qəbul edilib.

BloombergHT-nin xəbərinə görə, Nazirlər Şurasının qərarında bildirilib ki, buğda unun ixracına məhdudiyyət qoyulmaqla, artan unun qiyməti cilovlanacaq və cəmiyyətin ən həssas təbəqələri üçün ərzaq təhlükəsizliyi təmin ediləcək.

Qlobal buğda ticarətinin təxminən 25-30 faizini təşkil edən Ukrayna və Rusiya arasında böhran səbəbindən qlobal buğda tədarükü zəncirindəki fasilələr Hindistan buğdasına tələbatı artırıb. Hindistandan buğda unu ixracı 2022-ci ilin aprel-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 200 faiz artıb. Beynəlxalq bazarda buğda ununa tələbatın artması Hindistanda da buğda qiymətlərinin artmasına səbəb olub. Hindistan mayın 14-də ərzaq təhlükəsizliyi səbəbi ilə buğda ixracına qadağa qoyub.

//Gülnarə Abasova, Editor.az