Hindistan-Çin münasibətlərində yeni dövr: Birbaşa uçuşlar geri qayıdırbackend

Hindistan-Çin münasibətlərində yeni dövr: Birbaşa uçuşlar geri qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan və Çin diplomatik münasibətlərdəki gərginliyi azaltmaq və ticarəti canlandırmaq məqsədilə birbaşa uçuşları bərpa edirlər.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

2020-ci ildə COVID-19 pandemiyası və sərhəd toqquşmalarından sonra iki ölkə arasında hava əlaqəsi tamamilə kəsilib. Hindistan Xarici İşlər Nazirliyi təyin olunmuş aviaşirkətlərin kommersiya qərarlarından asılı olaraq uçuşların bu ayın sonuna qədər bərpa oluna biləcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az