Hindistan döyüş gəmiləri yola düşdübackend

Hindistan döyüş gəmiləri yola düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Hərbi Dəniz Qüvvələri Liberiya bayraqlı yük daşıyıcısının qaçırılması cəhdindən sonra Ərəb dənizində gəmiləri və patrul təyyarələrini yerləşdirdiyini açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada Ərəb dənizində Liberiya bayraqlı “MV Lila Norfolk” gəmisinin İngiltərə Dəniz Ticarət Əməliyyatları portalına 5 və ya 6 silahlı şəxsin gəmiyə atıldığı barədə məlumat verdiyi bildirilib. “MV Lila Norfolk”un Braziliyadan Bəhreynə yük daşıdığı qeydə alınıb.

Açıqlamada gəminin yardım məqsədi ilə başqa bir bölgəyə yönəldildiyi və Hindistanın bölgəyə bir döyüş gəmisi, təyyarə yerləşdirdiyi bildirilib.

Açıqlamada sözügedən təyyarənin səhər saatlarında gəmi heyəti ilə əlaqə saxladığı və göyərtəsində olanların təhlükəsiz olduğu xəbərini aldığı, həm təyyarənin, həm də Hindistan Hərbi Dəniz Qüvvələrinə aid gəminin sözügedən gəmini müşayiət etdiyi bildirilib.Adam oğurluğu cəhdinə görə məsuliyyəti isə hələlik heç kim üzərinə götürməyib.

Hindustan Times-ın məlumatına görə, Hindistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü Vivek Madhval gəmidə xilasetmə əməliyyatının aparıldığını açıqlayıb.

Sözügedən silahlı şəxslərin gəmidə olmadığını qeyd edən Madhval 15-i Hindistanlı olmaqla 21 nəfərin hamısının təhlükəsiz şəkildə təxliyə edildiyini deyib.

//Səbinə Hüseynli, Editor.az