“Hindistan” dünya xəritələrindən silinə bilərbackend

“Hindistan” dünya xəritələrindən silinə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hindistan” dünya xəritələrindən yox ola bilər və onun yerini “Bharat” adlı dövlət tutacaq.

Editor.az “The Economic Times”ə istinadən xəbər verir ki, ölkə hökuməti Bharat adının Hindistana qaytarılmasını nəzərdən keçirir.

Dövlətin “rebrendinqi” ilə bağlı qərarın Hindistan parlamentinin sentyabrın 18-22-nə planlaşdırılan xüsusi iclasında qəbul ediləcəyi gözlənilir. Artıq bu istiqamətdə ilk addım atılıb: “G20”nin şam yeməyinə rəsmi dəvətlər Bharat prezidentinin adından göndərilib.

Hindistan Milli Konqresinin rəhbəri Jairam Rameş bildirib ki, “Britaniyalılar Bharatı adını Hindistana dəyişdirdilər. Ölkəmiz min illərdir ki, Bharat adı ilə tanınır.

Bu, qədim sanskrit mətnlərində rast gəlinən ölkənin qədim adıdır. Hindistan adı müstəmləkə aıdır və köləliyin simvolu olan bu ad Konstitusiyadan çıxarılmalıdır, – yerli parlamentin üzvü bildirib.

//Samir Qurbanov, Editor.az