Hindistan: Əgər təxribat olarsa, Pakistana hücum etməyə hazırıqbackend

Hindistan: Əgər təxribat olarsa, Pakistana hücum etməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan terror aktları ilə təhrik ediləcəyi təqdirdə Pakistana hücum etməyə hazırdır.

Editor.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar Hindistan-Pakistan gərginliyi ilə bağlı açıqlamalar verərkən deyib.

Politico-ya danışan Jaishankar toqquşmalara səbəb olan şərtlərin dəyişmədiyini bildirib və Pakistanın minlərlə terrorçunu yetişdirdiyini və onları Hindistana buraxdığını iddia edib.

Jaishankar bildirib ki, Hindistan terror hücumları ilə təhrik edilərsə, Pakistandakı terror təşkilatları və liderlərinə hücum etməyə hazırdır.

//Gülnarə Abasova, Editor.az