Hindistan Ermənistanı silahlandırmaqda davam edirbackend

Hindistan Ermənistanı silahlandırmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulda Ermənistan Hindistandan “Akaş” zenit-raket komplekslərinin ikinci partiyasını alacaq.

Müqavilənin dəyəri təxminən 700 milyon dollardır, – media xəbər verir.

Ötən ilin noyabrında Ermənistan Hindistandan ilk raket batareyasını alıb.

Qeyd edək ki, “Akaş” kompleksi havada hədəfləri vurmaq üçün nəzərdə tutulmuş “yer-hava” tipli raketdir. Raket batareyaları qırıcılara, dronlara və qanadlı raketlərə qarşı mübarizə apara bilər. Sistem “Bharat Electronics Limited” tərəfindən istehsal olunur. Kompleks skan sistemi olan 3D radardan və hər birində üç raket olan dörd buraxılış qurğusundan ibarətdir.

Raket qurğusunun uçuş məsafəsi 25 km-dir.

//Samir Qurbanov, Editor.az